İran prezidenti Ermənistana və Belarusa səfər edəcək, həmçinin Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək
İran prezidenti Ermənistana və Belarusa səfər edəcək, həmçinin Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək

İran prezidenti Məsud Fezeşkian yaxın günlərdə Ermənistan və Belarusa səfər edəcək, ayın sonunda isə Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.

Bu barədə İran mediası məlumat yayır. İran prezidentinin siyasi müşavirinin bildirdiyinə görə, Fezeşkian avqustun 18-də iki günlük səfərlə Ermənistan və Belarusa gedəcək. Səfərin məqsədləri arasında ikitərəfli münasibətlərin, xüsusilə ticarət sahəsində gücləndirilməsi yer alır. Həmçinin müəyyən sənədlər də imzalanacaq.

Prezidentin müşaviri qeyd edir ki, Fezeşkianın Ermənistana və Belarusa səfəri iyunun sonunda planlaşdırılmışdı, lakin təxirə salındı.

Çinə səfərə gəlincə, 31 avqust-1 sentyabr tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.