İran parlamentinin spikeri - İranı ardıcıl 37 dəfə məğlub etdikdən sonra, bu parlaq qeyri-strateji "rejim dəyişikliyi" müharibəsi "Hey! Kimsə pilotlarımızı tapa bilərmi? Xahiş edirəm?" səviyyəsinə endirildi

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalifə İranda ABŞ-a məxsus F-15 tipli qırıcı təyyarənin vurulmasına münasibət bildirir.

“İranı ardıcıl 37 dəfə məğlub etdikdən sonra, bu parlaq qeyri-strateji “rejim dəyişikliyi” müharibəsi “Hey! Kimsə pilotlarımızı tapa bilərmi? Xahiş edirəm?” səviyyəsinə endirildi. Nə möhtəşəm irəliləyişdir. Tam bir dahilər”, – İran parlamentinin spikeri “X” sosial şəbəkəsində yazır.

Məlumat üçün bildirək ki, “NBC News” bu gün mənbələrə istinadən yazıb ki, Amerikaya məxsus F-15 tipli qırıcı təyyarəsi İranda qəzaya uğrayıb. Həmçinin rəsmi şəxslər “NBC News”a bildiriblər ki, ABŞ hərbçiləri axtarış-xilasetmə əməliyyatı aparır, lakin təyyarənin necə qəzaya uğradığını dəqiqləşdirməyiblər. Bununla yanaşı, “Sky News”un məlumatına görə, Ağ Evin mətbuat katibi Kerolayn Levit Donald Trampın İranda Amerika təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırıldığını bildirib.