İran Parlamentinin sözçüsü - Amerikalılar tezliklə dörd dollarlıq benzin dövrünü nostalji ilə xatırlayacaqlar
İran Parlamentinin sözçüsü - Amerikalılar tezliklə dörd dollarlıq benzin dövrünü nostalji ilə xatırlayacaqlar

Amerikalılar tezliklə dörd dollarlıq benzin dövrünü nostalji ilə xatırlayacaqlar, – bu barədə İran Parlamentinin sözçüsü Məhəmməd Bağır Qalibaf bildirib. ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə məhz Qalibaf rəhbərlik edirdi.

“Hazırkı yanacaq qiymətlərindən həzz alın. Sözdə blokada səbəbindən tezliklə 4–5 dollarlıq benzini nostalji ilə xatırlayacaqsınız”, – İran Parlamentinin sözçüsü qeyd edib.

Qalibaf həmçinin qiymət artımının mürəkkəb və qeyri-xətti olacağını göstərən riyazi tənlik dərc edib.

ABŞ Avtomobil Assosiasiyasının məlumatına görə, 2026-cı il 12 aprel tarixinin göstəricilərinə görə, ABŞ-da adi benzinin orta milli qiyməti bir qallon üçün təxminən 4.12 ABŞ dollarıdır. Bir qallon 3,7 litrə bərabərdir.