İran Parlamenti Spikeri – Çinin ortaq təhlükəsizliyin təşviqinə verdiyi önəm İranın uzun müddətdir müdafiə etdiyi prinsipi əks etdirir, region ölkələri öz gələcəklərini öz əllərinə almalıdırlar
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bəyan edir ki, Tehran Pekinin ortaq təhlükəsizliyin təşviqinə önəm verməsini təqdir edir.
Onun sözlərinə görə, region ölkələri öz gələcəklərini özləri qurmalıdırlar.
“Çinin ortaq təhlükəsizliyin təşviqinə verdiyi önəm İranın uzun müddətdir müdafiə etdiyi prinsipi əks etdirir. Region ölkələri öz gələcəklərini öz əllərinə almalıdırlar və real sabitlik yalnız yeni, yerli təhlükəsizlik arxitekturası sayəsində bərqərar ola bilər. İran buna hazırdır”, – spiker sosial şəbəkədə yazır.
Medianın məlumatına görə, Qalibaf bu şərhi Çin Prezidenti Si Dzinpinin Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturası yaratmaq üçün dörd bəndlik təklif təqdim etməsindən sonra verib.
Çin liderinin planı ortaq, hərtərəfli, əməkdaşlığa və dayanıqlı təhlükəsizliyə əsaslanmalıdır.
Si Dzinpinin sözlərinə görə, Çin beynəlxalq dəniz marşrutlarını qorumaq, inkişaf sahəsində əməkdaşlığı təşviq etmək, qarşılıqlı etimadı bərpa etmək və münaqişənin əsas səbəblərini aradan qaldırmaq üçün Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etməyə hazırdır.