İran parlamenti ölkənin nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxmalı olduğunu bildirib
İran nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxmalıdır, – bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi bildirib.
Onun sözlərinə görə, bu müqavilə İranın nüvə obyektlərini hücumlardan qoruya bilməyib.
“İran üçün nüvə silahlarının yayılmaması haqqında müqavilədə üzvlüyünü saxlamaq artıq məntiqli deyil. Bu müqavilə bizə heç bir fayda gətirməyib. Müqavilə təkcə ölkəmizi nüvə güclərinin hücumlarından qoruya bilməyib, həm də nüvə obyektlərimiz dəfələrlə hədəfə çevrilib. Beynəlxalq sənədlər və razılaşmalar tamamilə nəzərə alınmır.
Bizim bomba yaratmaq niyyətimiz yoxdur və bu məsələ ilə bağlı siyasətimiz dəyişməz olaraq qalır, lakin Beynəlxalq Nüvə Enerjisi Agentliyinin baş direktoru İranın nüvə proqramını məhv etməyin yeganə yolunun nüvə bombası olduğunu bildirəndə bu, təxribatçı və təhlükəlidir. ABŞ 60 beynəlxalq təşkilat və konvensiyadan çıxıb və indi, əgər biz nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxmaq istəsək, ehtimal ki, Qərbin sürprizi və müqaviməti ilə qarşılaşaçağıq! Ayrılmağın vaxtıdır”, – İbrahim Rzayi yazır.