İran nümayəndə heyəti İslamabada gəlib, Abbas Əraqçini Pakistanın yüksək vəzifəli rəsmiləri qəbul ediblər
İran nümayəndə heyəti İslamabada gəlib, Abbas Əraqçini Pakistanın yüksək vəzifəli rəsmiləri qəbul ediblər

İran nümayəndə heyəti Pakistana gəlib.

Pakistan Xarici İşlər Nazirliyi İran xarici işlər naziri Abbas Əraqçinin İslamabadda olduğunu təsdiqləyib.

Nazirliyin bəyanatında deyildiyi kimi, İran xarici işlər naziri ölkəyə gəldikdən sonra Pakistan xarici işlər naziri İşaq Dar, vasitəçi, feldmarşal Asim Munir və digər yüksək vəzifəli şəxslər tərəfindən qəbul edilib.

Səfər zamanı Abbas Əraqçi Pakistanın ali rəhbərliyi ilə bölgədə son dövrlərdə baş verən hadisələri, həmçinin regional sülh və sabitliyə yönəlmiş mövcud səyləri müzakirə etmək üçün görüşlər keçirəcək.

İki hökumət mənbəsi “Reuters”ə bildirib ki, Əraqçi Pakistanlı həmkarı ilə görüşdən sonra birbaşa ABŞ ilə danışıqların birinci raundunun keçirildiyi mehmanxanaya gedib.