İran mediasının məlumatına görə, Qazaxıstan İrana humanitar yardım göndərib
Qazaxıstan İrana humanitar yardımla dolu 30 vaqon göndərib. Məlumatı İran mediası yayır. Onların bildirdiyinə görə, Qazaxıstan prezidentinin sərəncamı ilə göndərilən yükə ət konservləri, şəkər, un, tibbi avadanlıqlar və dərmanlar daxildir. Məlum olduğu kimi, humanitar yük artıq İrandadır və o, İran Qırmızı Aypara Cəmiyyətinə təhvil verilib.
Qazaxıstanın İrandakı səfiri Ontalaf Onalbayev bildirib ki, İran Qazaxıstanın Yaxın Şərqdə və İslam dünyasında mühüm siyasi, iqtisadi və humanitar tərəfdaşlarından biridir.
Onun sözlərinə görə, “.əsl dostlar çətin anda tanınır”.
İranın rəsmi statistika mərkəzinin göstəricilərinə görə, müharibə ilə bağlı iğtişaşlar illik inflyasiyanı təxminən 53.7 faizə qədər artırıb, ərzaq qiymətləri isə ötən illə müqayisədə 115%-dən çox yüksəlib.