İran mediasının məlumatına görə, paytaxt Tehranın bəzi hissəsində şübhəli düşmən hədəfi aşkar edildikdən sonra hava hücumundan müdafiə sistemləri işə salınıb
Paytaxt Tehranın bəzi hissəsində şübhəli düşmən hədəfi aşkar edildikdən sonra hava hücumundan müdafiə sistemləri işə salınıb, – İranın Mehr və Nour News xəbər agentlikləri məlumat yayırlar.
Onların məlumatına görə, sistemlər təhdidə cavab vermək və raket hücumunu neytrallaşdırmaq üçün işə salınıb.
İranın dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, hava həyəcanı siqnalının səsi Tehranın həm qərb, həm də şərq hissələrində eşidilir.
Bununla yanaşı, “BBC” yazır ki, Tehranda yaşayan bir neçə nəfər onlara hava hücumundan müdafiə sistemlərinin səsini eşitdiklərini bildiriblər.