İran mediası – Yeni təklifdə ABŞ danışıqlar ərzində İran neftinə tətbiq edilən sanksiyaların ləğv olunmasına razılıq verib
Yeni təklifdə ABŞ danışıqlar müddətində İran neftinə tətbiq edilən sanksiyaların ləğv olunmasına razılıq verib, – bu barədə məlumatı İran mediası İranın danışıqlar qrupuna istinadən yayır.
Mənbə izah edib ki, sanksiyaların ləğvi sanksiyaların müvəqqəti ləğvi deməkdir.
İran iddia edir ki, ölkəyə qarşı bütün sanksiyaların ləğvi ABŞ-ın öhdəliklərinin bir hissəsi olmalıdır.
Lakin Birləşmiş Ştatlar Xarici Aktivlərə Nəzarət Ofisinə (OFAC) sanksiyaların son razılaşma əldə olunana qəder ləğv edilməsini təklif edib.