İran mediası – Tehranda yanacaqdoldurma məntəqələrinin bir hissəsi yanacaq qıtlığı səbəbindən müvəqqəti bağlanıb, digər hissəsinin qarşısında isə uzun növbələr yaranıb

16:49, 25.08.2026

İran mediasının məlumatına görə, artıq ikinci gündür ki, Tehranda yanacaqdoldurma məntəqələrinin bir hissəsi yanacaq qıtlığı səbəbindən müvəqqəti bağlanıb, digər hissəsinin qarşısında isə uzun növbələr yaranıb.

İran hakimiyyətində iddia edirlər ki, yanacaq tədarükü zənciri sabitdir, uzun növbələrin yaranması isə yalan məlumatların yayılması nəticəsində vətəndaşlar arasında yaranan panikanın nəticəsidir.

Sosial media istifadəçiləri yanacaq qıtlığının Tehranın şəhərətrafı qəsəbələrində, həmçinin Mazandaran və Fars vilayətlərində də müşahidə olunduğunu deyirlər.

Bütün bunlar ABŞ-ın İrana qarşı blokadası, inflyasiyanın daha da artması və ABŞ-ın mart və iyul aylarında İranın enerji obyektlərinə zərbələri fonunda baş verir.

Oxşar