İran mediası – Mərhum Ayətullah Əli Xameneinin dəfn mərasimi 4-9 iyul tarixlərində keçiriləcək və o, şiə müsəlmanları üçün ən müqəddəs yerlərdən biri olan Məhşəd şəhərində dəfn olunacaq
İran dövlət mediasının məlumatına görə, ölkənin dünyasını dəyişmiş ali lideri Ayətullah Əli Xamenei gələn ay dəfn olunacaq. Onun dəfn mərasimi iyulun 4-də İranın paytaxtı Tehranda başlayacaq və iyulun 9-da ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində başa çatacaq.
Məlum olduğu kimi, Xameneinin cənazəsi şiə müsəlmanları üçün ən müqəddəs yerlərdən biri olan Məşhəddəki İmam Rza ziyarətgahında dəfn ediləcək.
Məlumat üçün bildirək ki, Ayətullah Əli Xamenei fevralın 28-də, ABŞ və İsrailin İrana qarşı birgə hücumunun ilk günündə, Tehrandakı iqamətgahına zərbə endirildiyi zaman həlak olub. Ruhani liderin dəfn mərasimi hərbi əməliyyatlara görə təxirə salındı.
Əli Xameneinin xələfi onun oğlu Müctəba Xamenei olub və o, vəzifəyə gəldikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.