İran mediası - Mərhum Ayətullah Əli Xameneinin həyat yoldaşı sağdır
İran mediası - Mərhum Ayətullah Əli Xameneinin həyat yoldaşı sağdır

İranın “Fars” xəbər agentliyi İranın mərhum Ali Lideri Ayətullah Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocastə Bağırzadənin sağ olduğunu xəbər verir.

Onların məlumatına görə, Mənsurənin ölümü haqqında daha əvvəl yayılmış məlumat yanlışdır.

Məlumat üçün bildirək ki, İranın dövlət televiziya kanalı “Orma ” martın 2-də Ayətullah Əli Xameneinin həyat yoldaşının evində qətlə yetirildiyi barədə məlumat yayıb, digər İran media vasitələri isə onun komada olduğunu bildiriblər.

Medianın yaydığı məlumata görə, 79 yaşlı Mənsure Xocaste Bağırzadə həyat yoldaşı ilə birlikdə olarkən ABŞ və İsrailin koordinasiyalı hücumuna məruz qalıb.