İran mediası - İsrailin hava hücumlarının hədəfi İsfahan əyalətindəki nüvə tədqiqat kompleksi olub
İsrailin aviazərbələrinin hədəfi İsfahan əyalətindəki nüvə tədqiqat kompleksi olub.
Əyalət qubernatorunun müavini Əkbər Salehi heç bir təhlükəli materialın sızmadığını bildirir. “Bu barədə məlumatı CNN İranın Fars xəbər agentliyinə istinadən yayır.
Həmin media vasitəsinin məlumatına görə, hava hücumları İsfahanın digər bölgələrinə də həyata keçirilib.
“Qubernatorun ofisində qeyd edirlər ki, itkilər barədə məlumat yayılmayıb.
Yerli hakimiyyət nümayəndəsinin söylədiyinə görə, partlayışların əksəriyyəti hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olub.
Xatırladaq ki, İsrail münaqişənin ilk günlərində İspahan Nüvə Texnologiyaları Mərkəzinə zərbə endirilib. Daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyi obyektin dörd binasının zədələndiyini bildirib.