İran mediası - İranın dondurulmuş aktivləri sərbəst buraxılmadan, ilkin mərhələdə razılaşma əldə olunmayacaq
İranın dondurulmuş aktivlərinin konkret bir hissəsi sərbəst buraxılmadan və bütün dondurulmuş aktivlərin zəmanətli azad edilməsinin aydın mexanizmi olmadan ilk mərhələdə razılaşma əldə olunmayacaq, – İran mediasının məlumatına görə, bu barədə məlumatı danışıqlarla bağlı mənbə yayır.
Mənbə qeyd edib ki, məsələ Pakistan vasitəçisinə və prosesdə iştirak edən bir sıra regional ölkələrə göndərilib. Mənbənin məlumatına görə, pakistanlı vasitəçi və bəzi regional ölkələrin vasitəçiliyi ilə əldə olunmuş ilkin razılaşmalara baxmayaraq, amerikalılar hazırda prosesə mane olurlar. Hərçənd onun sözlərinə görə, İran öz qırmızı xətlərindən geri çəkilməyəcəyini deyib.
Mənbə qeyd edib ki, bu məsələ ilə bağlı fikir ayrılıqları indiyə qədər razılaşmanın bağlanmasına mane olan amillərdən biridir.
İran mediasının məlumatına görə, İran və ABŞ arasında “mümkün” ilkin razılaşmanın təfərrüatları barədə yayılan məlumatlar göstərir ki, Vaşinqton danışıqlar dövründə İran neftinə tətbiq edilən sanksiyaların ləğv edilməsi öhdəliyini üzərinə götürəcək və bu, Tehrana nefti sanksiyaların yaratdığı məhdudiyyətlər olmadan satmağa imkan verəcək.