İran mediası İranın ABŞ-a təqdim etdiyi sülh sazişinin şərtlərini dərc edir
İran mediası İranın ABŞ-a təqdim etdiyi sülh sazişinin şərtlərini dərc edir

İranın dövlət xəbər agentliyi “Tasnim” İranın ABŞ-a təqdim etdiyi sülh sazişinin şərtlərini dərc edir.

Agentliyin məlumatına görə, şərtlər arasında bunlar yer alır: ABŞ-ın İrana hücum etməyəcəyinə dair zəmanətlər, Amerika hərbi qüvvələrinin İran ətrafındakı regiondan çıxarılması, Hörmüz boğazında ABŞ-ın dəniz blokadasının aradan qaldırılması və boğazın idarə olunması üçün “yeni mexanizmin” tətbiqi, Livanda İsrail–“Hizbullah“ münaqişəsinin başa çatdırılması, dondurulmuş İran aktivlərinin azad edilməsi, ABŞ-ın təklif etdiyi iki aylıq atəşkəs əvəzinə, müharibənin 30 gün ərzində bitirilməsi, həmçinin nüvə proqramı üzrə danışıqların müharibə başa çatdıqdan sonraya təxirə salınması.

“Sky News“ yazır ki, tam siyahı hələlik açıqlanmayıb.

Donald Tramp İran tərəfindən təqdim edilən 14 maddəlik sülh təklifini nəzərdən keçirdiyini bildirir, lakin onun sözlərinə görə, bu təklifə skeptik yanaşır.