İran mediası - İranda hava məkanı qismən açılıb, ölkənin şərq hissəsi üzərindən hava marşrutları beynəlxalq reyslər üçün açıqdır
İran mediası - İranda hava məkanı qismən açılıb, ölkənin şərq hissəsi üzərindən hava marşrutları beynəlxalq reyslər üçün açıqdır

İranın dövlət xəbər agentliyinin məlumatına görə, İran hava məkanını qismən açıb.

Bununla yanaşı, ölkənin Mülki Aviasiya İdarəsi bildirib ki, hava məkanı və bir neçə hava limanı yerli vaxtla saat 07:00-dan etibarən açılıb, aviareyslər isə mərhələli şəkildə bərpa olunacaq.

IRNA-nın məlumatına görə, ölkənin şərq hissəsi üzərindən hava yolları beynəlxalq uçuşlar üçün açıqdır.

Məlumat üçün bildirək ki, 28 fevralda ABŞ və İsrailin birgə hücumları başlayandan sonra İran üzərində hava məkanı bağlandı.