İran mediası - İran, Rusiya və Çin Hind okeanında birgə hərbi təlimlər keçirəcəklər
İran mediası - İran, Rusiya və Çin Hind okeanında birgə hərbi təlimlər keçirəcəklər

İran, Rusiya və Çin Hind okeanında birgə hərbi təlimlər keçirəcəklər.

İran mediasının məlumatına görə, “Dəniz təhlükəsizlik kəməri” adlı təlimlərdə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri, “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (IRGC) dəniz qüvvələrinin bölmələri, həmçinin Çin və Rusiyanın hərbi dəniz qüvvələri iştirak edəcəklər.

Təlimlər seriyası 2019-cu ildə İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə başlayıb. Bu günə qədər yeddi belə təlim keçirilib.