İran mediası – ABŞ qüvvələri Xarq adası yaxınlığında İran tankerinə hücum etdi

14:09, 05.09.2026

ABŞ qüvvələri İranın neft ixracının əsas mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini vurub. Bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayır.

Onların məlumatına görə, adanın limanı ərazisində olan tankerə 4 raketlə hücum edilib.

“Tasnim” yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində tələfat olmayıb və tankerin heyəti təxliyə edilib.

Bununla yanaşı, “Reuters”in məlumatına görə, baş vermiş hadisə ilə bağlı İran hakimiyyəti tərəfindən rəsmi bəyanat verilməyib və ABŞ Mərkəzi Komandanlığı da hələlik hücumla bağlı heç bir şərh verməyib.

Oxşar