İran Xarici İşlər Nazirliyi - İranın İsrailə qarşı tədbirlər görmək hüququ var, ABŞ hökuməti, rejimin əsas dəstəkçisi olaraq, bu ağılsız eskalasiyanın təhlükəli nəticələrinə görə də məsuliyyət daşıyır

İranın İsrailə qarşı cavab tədbirləri görmək hüququ var, – bu barədə İranın Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

İranın Xarici İşlər Nazirliyində bildirirlər ki, İsrailin hücumları ABŞ-ın dəstəyi olmadan həyata keçirilə bilməzdi.

“İran heç tərəddüd etmədən xalqını qoruyacaq. Sionist rejimin İran əleyhinə belə aqressiv hərəkətləri ABŞ ilə koordinasiya olmadan baş verə bilməzdi. Müvafiq olaraq, ABŞ hökuməti, rejimin əsas dəstəkçisi kimi, bu ağılsız eskalasiyanın təhlükəli nəticələrinə görə də məsuliyyət daşıyır”, – İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

İran BMT-yə üzv dövlətləri İsrailin hücumlarını “dərhal və kollektiv şəkildə pisləməyə” çağırıb.