İran Xarici İşlər Nazirliyi – ABŞ-la danışıqlarda iştirak edib-etməyəcəyimiz məlum deyil, ABŞ-ın İsrailə dəstəyi danışıqları mənasız edib

13:37, 14.06.2025

İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu mərhələdə Tehran nümayəndələrinin 15 iyunda ABŞ ilə planlaşdırılan danışıqlarda iştirak edib-etməyəcəyi məlum deyil.

Qurumun mətbuat katibi İsmayıl Baqiinin sözlərinə görə, ABŞ-ın İsrailə verdiyi dəstək bu danışıqları “mənasız” edib.

“Eyni vaxtda danışıqlardan danışmaq və irqçi rejimin İranın ərazi bütövlüyünü pozmasına imkan vermək mümkün deyil”, – bəyanatda deyilib.

Oxşar