İran xarici işlər nazirinin müavini - Donald Tramp İranın ali liderini qətlə yetirməklə çox təhlükəli qırmızı xətti keçib
ABŞ prezidenti Donald Tramp İranın ali lideri Ayətullah Əli Xameneini qətlə yetirməklə “çox təhlükəli qırmızı xətti” keçib, – bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə “CNN”ə eksklüziv müsahibəsində bildirib.
Onun dediyinə görə, dünyanın bir çox şiəsi Xameneinin sui-qəsdinə reaksiya verəcək.
“Əlbəttə ki, dini baxımdan o, böyük dini lider idi, buna görə də regionda və dünyada bir çox şiə buna reaksiya verəcək və bu, çox aydındır, çünki Prezident Tramp çox təhlükəli qırmızı xətti keçib”, -Səid Xətibzadə bildirib.
“Bizim cavab verməkdən başqa yolumuz yoxdur”, – İran xarici işlər nazirinin müavini qeyd edir.
Bununla yanaşı, onun dediyinə görə, Tehranın təhlükə hesab etdiyi ABŞ bazalarını bağlatmaq üçün İran Ərəbistan Körfəzi ölkələri ilə əlaqə saxlayıb.
“Biz onlarla əlaqə saxlamışdıq: ya onlar, İranı daim təhdid edən və onun təhqir etmək üçün istifadə olunan ABŞ bazalarını bağlayacaqlar, ya da biz sadəcə cavab verməkdən başqa yol tapa bilmərik”, – deyə Səid Xətibzadə bildirib.
Onun bildirdiyinə görə, “İran Amerika torpağına çata bilmir, ona görə də ABŞ yurisdiksiyası altında olan istənilən bazaya hücum etməkdən başqa çarəmiz qalmır”.