İran İsrailin Hayfa liman şəhərində, neft emalı zavoduna raket hücumu həyata keçirib
İran İsrailin Hayfa liman şəhərində, neft emalı zavoduna raket hücumu həyata keçirib

İran İsrailin Hayfa liman şəhərində, neft emalı zavoduna raket hücumu həyata keçirib. Bu barədə İsrail mediası məlumat yayır.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Hayfada neft emalı zavodundakı partlayışlar İranın ballistik raketinin zərərsizləşdirilməsindən sonra düşən qəlpələr səbəbindən baş verib.

İsrail hərbçiləri bildirirlər ki, sahil şəhərində mövcud obyektlərə birbaşa zərbə endirilməyib.

İsrailin energetika naziri Eli Koen qeyd edir ki, hücum nəticəsində “infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib”.