“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nda bildirirlər ki, əgər ABŞ öhdəliklərini pozmağa davam edərsə, İranın cavab zərbələri əvvəlkindən daha güclü olacaq

13:20, 28.06.2026

“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun sözçüsü Hüseyn Mohebi bildirib ki, ABŞ öhdəliklərini pozmağa davam edərsə, İranın cavab zərbələri əvvəlkindən daha güclü olacaq.

“Başından bəri deyirdik və bu gün də deyirik ki, düşmən yalançıdır, etibarsızdır və öhdəliklərini pozmağa meyllidir. Danışıqların istənilən mərhələsində təxribata əl ata bilərlər. Əsas odur ki, biz düşmənin hər bir fəaliyyətinə cavab verdik və cavab verməyə də davam edirik. Əgər düşmən öhdəlikləri və ya atəşkəsi yenidən pozarsa, cavabımız əvvəlkindən daha güclü olacaq”, – Mohebi bildirib.

Məlumat üçün bildirək ki, İran Küveyt və Bəhreyndə ABŞ hərbi obyektlərinə dronlarla zərbələr endirib.

Oxşar