İran „İslam İnqilabı Keşikçiləri Korpusu“nun məlumatına görə, ABŞ-ın "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə hücum ediblər
İran „İslam İnqilabı Keşikçiləri Korpusu“nun məlumatına görə, ABŞ-ın "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə hücum ediblər

İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun məlumatına görə, ABŞ-ın “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə hücum ediblər. Bu barədə „BBC“ məlumat yayır.

Yayılan məlumata görə, ABŞ təyyarədaşıyan gəmisinə hücum üçün dörd ballistik raketdən istifadə edilib.

„BBC“nin məlumatına görə, 15 fevral tarixində peyk göstəricilərinə görə, təyyarədaşıyan gəmi Oman sahilləri yaxınlığında olub.

“Abraham Linkoln” ABŞ Hərbi Dəniz Qüvvələrinin “Nimitz” sinfinə aid beşinci təyyarədaşıyan gəmisidir.

“Linkoln” düşmənin radarlarından yayınmaq qabiliyyətinə malik ən son F-35 Stealth təyyarələri ilə təchiz olunub.