“İran İslam İnqilabı Keşikçiləri Korpusu” Fars körfəzi və Hörmüz boğazı yaxınlığındakı bütün gəmilərə şübhəli hərəkətlərdən çəkinmələri barədə xəbərdarlıq edib
In this picture obtained from Iran's ISNA news agency on June 18, 2026, vessels are seen anchored in Bandar Abbas along the Strait of Hormuz. Oil prices tumbled after Trump and his Iranian counterpart separately signed their accord to end the Middle East war, with the Strait of Hormuz to reopen but two months of negotiations lying ahead. (Photo by AMIRHOSSEIN KHORGOOEI / ISNA / AFP) /
“İran İslam İnqilabı Keşikçiləri Korpusu” Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Hörmüz boğazındakı bütün gəmilərə şübhəli hərəkətlərdən çəkinmələri barədə xəbərdarlıq edir.
Onların sözlərinə görə, əgər Vaşinqton İran tankerlərinə hücumları davam etdirərsə, Tehran regiondakı ABŞ hərbi gəmilərinə qarşı hücumları gücləndirə və genişləndirə bilər.
İran Silahlı Qüvvələrinin Birgə Komandanlığının mətbuat katibi Ebrahim Zolfəqarinin bildirdiyinə görə, İran ABŞ-a layiqli cavab verməyə hazırdır.
“İran gəmilərinə qarşı düşmənçilik, müdafiəsizlik, sıxışdırma və İranın dəniz blokadası davam edərsə, “İslam Respublikasının silahlı qüvvələri tərəfindən regiondakı ABŞ hərbi gəmilərinə qarşı zərbələr əvvəlkindən daha sərt olacaq və həmçinin bu zərbələrin genişlənmə ehtimalı da mövcuddur”, – İran Silahlı Qüvvələrinin Birgə Komandanlığının mətbuat katibi bildirib.
Məlumat üçün bildirək ki, ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, ABŞ qüvvələri üç İran tankerinə zərbələr endirib. Bəyanatda deyilir ki, ABŞ tankerlərə zərbəni “İran İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin iki hərbi gəmisinə hücum etdikdən sonra həyata keçirib.