“İran İslam İnqilabı Keşikçiləri Korpusu” bildirir ki, İordaniyadakı Əzrəq bazasına hücum nəticəsində bir neçə amerikalı zabit və texniki heyət nümayəndəsi həlak olub
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun” bildirdiyinə görə, İordaniyadakı Əzraq hərbi bazasına hücum nəticəsində bir neçə amerikalı zabit və texniki heyət nümayəndəsi həlak olub.
Onların bildirdiyinə görə, hücum ABŞ-ın F-35 tipli üç qırıcı təyyarəsinə qarşı həyata keçirilib.
“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun məlumatına görə, sözügedən bazada daha üç digər təyyarəyə ciddi ziyan vurulub. Onların bildirdiyinə görə, bu, ABŞ-ın Qeşm adasına endirdiyi hava zərbəsinə cavab olub.
Medianın məlumatına görə, ABŞ məsələ ilə bağlı heç bir şərh verməyib.
İordaniyada yerləşən Əzrəq hərbi bazasında ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının 332-ci Ekspedisiya Qanadı yerləşir. Sözügedən baza bundan əvvəl də İranın hədəfi olub.