“İran İnqilabi Keşikçiləri Korpusu”nda bildirirlər ki, Fars körfəzi ölkələrində hücum ABŞ-la əlaqəli alüminium zavodlarına qarşı həyata keçirilib
“Iran İnqilabi Keşikçiləri Korpusu”nun iddiasına görə, Fars körfəzi ölkələrində hücum ABŞ-la əlaqəli alüminium zavodlarına qarşı həyata keçirilib.
İran mediası yazır ki, İran hərbçilərinin hədəfi Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə alüminium zavodları olub.
Yayılan məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində yerləşən zavod dünyadakı ən uzun alüminium istehsal xəttinə malikdir və illik istehsal gücü 1,3 milyon ton təşkil edir, Bəhreyn müəssisəsi isə Amerika investisiyaları və səhmləri ilə fəaliyyət göstərir və ABŞ ordusuna hərbi-sənaye məhsullarının tədarükündə mühüm rol oynayır.