“İran İnqilabı Keşikçiləri Korpusu” – Böyük Britaniya İranla müharibədə ABŞ- dəstəkləyəcəyi təqdirdə hədəfə çevriləcək
“İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun nümayəndəsi bəyan edib ki, Böyük Britaniya İranla müharibədə Amerika Birləşmiş Ştatlarını dəstəkləyəcəyi təqdirdə “vacib və legitim hədəfə” çevriləcək. Məlumatı “Reuters” agentliyi yayır.
Onun sözlərinə görə, ABŞ-ı hərbi münaqişədə dəstəkləyəcək Böyük Britaniya və Fars körfəzi dövlətləri də daxil olmaqla, istənilən ölkə İran tərəfindən legitim hədəf hesab olunacaq.
Onun bildirdiyinə görə, ABŞ bu yaxınlarda hücumlar üçün Böyük Britaniyanın hərbi bazalarından istifadə edib.