İran "İnqilabı Keşikçiləri Korpusu" bölgədə ABŞ və İsraillə əlaqəli sənaye sahələrində çalışan işçiləri dərhal iş yerlərini tərk etmələri barədə xəbərdar edib
İran “İnqilabı Keşikçiləri Korpusu” bölgədə ABŞ və İsraillə əlaqəli sənaye sahələrində çalışan işçiləri cavab əməliyyatına görə, dərhal iş yerlərini tərk etmələri barədə xəbərdar edib.
Paralel olaraq, “İnqilabı Keşikçiləri Korpusu”nun hava qüvvələrinin rəhbəri Seyid Məcid Musəvi sərt xəbərdarlıq yayıb və cavab tədbirləri ilə hədələyib və bunun ABŞ və İsrailin bölgədəki maraqlarına zərər verəcəyini deyib.
“Siz bizi bir dəfə sınadınız; dünya bir daha gördü ki, siz odla oynamağa və infrastruktura hücum etməyə özünüz başlamısınız. Bu dəfə prinsip artıq “gözə göz” olmayacaq, sadəcə gözləyin”, – Musəvi bildirib.
Xəbərdarlıq ABŞ və İsrailin İrandakı sənaye və nüvə obyektlərinə bir sıra hücumlar həyata keçirməsindən sonra yayılıb. İran dövlət mediasının məlumatına görə, İranın Atom Enerjisi Təşkilatı zərbələrin çirklənmə riski yaratmadığını bildirib.