İran, Hörmüz boğazında hərəkətin tənzimlənməsi mexanizminin hazır olduğunu və boğazdan keçidin yalnız İranla əməkdaşlıq və rüsum ödənilməsi halında mümkün olacağını bəyan edir
İran, Hörmüz boğazında hərəkətin tənzimlənməsi mexanizminin hazır olduğunu və boğazdan keçidin yalnız İranla əməkdaşlıq və rüsum ödənilməsi halında mümkün olacağını bəyan edir

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əziz Hörmüz boğazında nəqliyyatın tənzimlənməsi mexanizminin hazır olduğunu və yalnız İranla əməkdaşlıq edən kommersiya gəmiləri və tərəflərin boğazdan keçə biləcəyini bildirir.

Onun sözlərinə görə, rəsmi Tehranın bu yaxınlarda elan etdiyi mexanizm beynəlxalq dəniz daşımalarının əsas marşrutunda hərəkətə nəzarət sistemini təşkil edir.

Əzizi həmçinin qeyd edib ki, mexanizm barədə əlavə təfərrüatlar tezliklə məlum olacaq və Hörmüz boğazından keçən gəmilər maliyyə rüsumu ödəməli olacaqlar.

Məlumat üçün bildirək ki, 2026-cı ilin yanvarın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başladılar və nəticədə Tehran Hörmüz boğazını bağladı. Müharibədən əvvəl dünya neft və təbii qazının təxminən beşdə biri Hörmüz boğazı vasitəsilə daşınırdı. Boğazın blokadaya alınması qlobal enerji bazarlarında böhranlı vəziyyət yaratdı.