İran hərbi qüvvələri bildirirlər ki, Birləşmiş Ərəb Əmirliklərində Ukraynanın dronlara qarşı sisteminin anbarı bombalanıb
İran hərbi qüvvələri bildirirlər ki, Birləşmiş Ərəb Əmirliklərində Ukraynanın dronlara qarşı sisteminin anbarı bombalanıb.
İranın hərbi nümayəndəsinin iddiasına görə, bu silah ABŞ qüvvələrinə kömək üçün istifadə olunurdu.
“Dubayda amerikan komandirləri və əsgərlərinin sığınacağı bombalandıqdan sonra, Dubayda yerləşən Ukrayna dronlarına qarşı sistemlərin anbarı bombalanaraq məhv edilib”, – İranın Hərbi Mərkəzi Əməliyyat Komandanlığının “Xatəm əl-Ənbiya”nın dövlət televiziyasında yayımladığı bəyanatında deyilib.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı iki ölkənin müdafiə sahəsində əməkdaşlıq etməsi barədə razılığa gəldiyini bildirib.