İran dövlət televiziyası Ayətullah Müctəba Xameneinin ilk müraciətini yayımlayır - "Hər kəsə şəhidlərimizin qisasını alacağımıza zəmanət verirəm"
İranın dövlət televiziyası yeni ruhani lideri Ayətullah Müctəba Xameneinin ilk müraciətini yayımlayır.
Televiziya aparıcısı tərəfindən İran xalqına oxunan bəyanatda Müctəba Xamenei Hörmüz boğazındakı blokadanın davam etdirilməli olduğunu bildirir. Bəyanatda həmçinin deyilib ki, İran müharibədə həlak olmuş vətəndaşlarının, xüsusən də ABŞ-ın məktəb yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində 110 uşaq da daxil olmaqla 168 nəfərin ölümünə səbəb olan Minab hadisəsinin qisasını alacaq”.
“Biz region liderlərinə mesaj göndəririk və ətrafımızdakı ölkələrlə yaxşı münasibətlərimiz olacağını vurğulayırıq. Lakin bu ölkələrin bəzilərində ABŞ bazalarının olması və bu bazalardan İrana hücum etmək üçün istifadə edilməsi region üçün faydalı deyil və onlar bağlanmalıdır.
Dediyimiz kimi, biz ətrafımızdakı ölkələrin düşməni deyilik və yalnız bu Amerika bazalarını hədəf alırıq. Uşaqlarını itirən insanları başa düşürəm, çünki mən atamı, həyat yoldaşımı itirdim. Bacım uşağını və ərini itirdi, onlar şəhid oldular. Amma bütün bu çətinliklərə dözməyimizi asanlaşdıran şey Allahın lütfünə inam və səbrin bizi hər şeyin öhdəsindən gəlməyə vadar edəcəyini bilməkdir. Hamınızı əmin edirəm ki, şəhidlərimizin qisasını alacağıq”, – Ayətullah Müctəba Xamenei bildirib.