İran dövlət mediası – Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şəmxani sağdır

13:47, 20.06.2025

İran dövlət mediasının verdiyi məlumata görə, ölkənin ruhani lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şəmxani sağdır.

Yerli medianın bildirdiyinə görə, Şəmxaninin ağır xəsarətləri var və o xəstəxanada mualicə alır.

“Mən sağam və fədakarlığa hazıram”, – Şəmxaninin İran mediasına verdiyi bəyanatda deyilib.

Ötən həftə İsrailin hücumundan sonra həm İran, həm də İsrail mediası Şəmxaninin hücumda ağır yaralandığını və daha sonra öldüyünü yazırdı.

Oxşar