İran dövlət mediası - ABŞ və İsrailin "terrorçu agentləri" küçələri yandırdı və zorakılığa səbəb oldu
İran dövlət mediası - ABŞ və İsrailin "terrorçu agentləri" küçələri yandırdı və zorakılığa səbəb oldu

ABŞ və İsrailin “terrorçu agentləri” küçələri yandırdı və zorakılığa səbəb oldu, – bu barədə İran dövlət mediası xəbər verir.

İran dövlət televiziyasının səhər xəbərlərində ölkədə davam edən etiraz aksiyaları barədə qısa reportajda bildirilib ki, iğtişaşlar zamanı fəallar insanların şəxsi avtomobillərini, motosikllərini, yanğınsöndürən maşınları, avtobuslar və metro kimi ictimai əmlaklarını yandırıblar, itkilər da var.

Daha əvvəl İranda davam edən etiraz aksiyaları fonunda ölkə miqyasında internetin kəsildiyi  məlum oldu.

Medianın məlumatına görə, Tehranda və digər böyük şəhərlərdə etirazlar və toqquşmalar gecə ərzində davam edib.

İranda etirazlar dekabrın 28-də başladı. Əvvəlcə dükan satıcıları İran pul vahidinin dəyər itirməsindən narazılıqlarını ifadə etmək üçün Tehran küçələrinə çıxdılar. Daha sonra tələbələr də onlara qoşuldu. Etiraz aksiyaları zamanı ən azı 34 nəfər həlak oldu.