İran 1000 km mənzilli yeni pilotsuz təyyarəsini təqdim edib

19:16, 27.01.2025

İran 1000 km mənzilli yeni pilotsuz təyyarəsini təqdim edib. İran mediasının məlumatına görə, “Qəzza” adlı yeni cihaz İranın cənubunda irimiqyaslı hərbi təlimlər çərçivəsində “Hibrid əməliyyatı” zamanı İran tərəfindən çıxarılıb.

İran mediası yazır ki, azı 500 kiloqram yük daşıya bilən pilotsuz təyyarə təlim zamanı düşmənin 8 simulyasiya hədəfini uğurla vurub.

Pilotsuz təyyarənin qanadlarının uzunluğu 22 metr, uçuş çəkisi isə 3100 kiloqramdır. Təyyarə saatda 350 kilometr sürətlə 35 saat uça bilir. Pilotsuz təyyarə bir uçuşda 13 raket daşıya bilir.

Oxşar