İrakli Xmaladze - hüququ baxımından ağır duruma baxmayaraq, Meriya hər şeyi edəcək ki, Vake Parkında mehmanxana tikilməsin
İrakli Xmaladze - hüququ baxımından ağır duruma baxmayaraq, Meriya hər şeyi edəcək ki, Vake Parkında mehmanxana tikilməsin

Tbilisi Meriyasında Kaxa Kaladze və “Budapeşt” mehmanxanasının təsisçisi arasında görüş nəticəsiz başa çatdı. Ərazinin mükün əvəz edilməsi barəsində tərəflər razılığa nail ola bilmədilər.

Tbilisi merinin müavini, İrakli Xmaladzenin bəyan etdiyinə görə, mehmanxananın sahibi güzəştə getmir. Lakin Meriya hər şeyi edəcək ki, Vake Parkında çoxmərtəbəli mehmanxana tikilməsin.

Onun bəyan etdiyinə görə, Meriya həmişə vətəndaşların maraqlarından irəli gəlir, ədalətsiz hərəkət etmir və qanunları pozmur. Buna görə, bütün berketlərdən istifadə olunacaq ki, şəhərin, vətəndaşların və biznes maraqlar balanslaşdırılsın. Xmaladzenin bəyan etdiyinə görə, Vake Parkı nadir yerdir.