İrakli Xmaladze ədliyyə nazirinin müavini təyin edilib
İrakli Xmaladze ədliyyə nazirinin müavini təyin edilib

İrakli Xmaladze Gürcüstan ədliyyə nazirinin müavini təyin edilib.

İrakli Xmaladze ixtisasca hüquqşünasdır. O, dövlət qulluğunda uzunillik iş təcrübəsinə malikdir.

Ədliyyə nazirinin müavini təyin olunmazdan əvvəl Tbilisi merinin müavini vəzifəsini tuturdu.

Məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.