İrakli Sesiaşvili - ABŞ tərəfindən Gürcüstana Javelin raket kompleksinin verilməsi ölkənin müdafiə sahəsində yeni sözdür
Parlamentin Müdafiə Komitəsinin sədri İrakli Sesiaşvili hesab edir ki, Amerika Birləşmiş Ştatları tərəfindən Gürcüstana tanka qarşı raket kompleksinin verilməsi ölkənin müdafiə sahəsində yeni sözdür.
Sesiaşvilinin Birinci Kanala verdiyi məlumata görə, özəlliklə sevindirici haldır ki, bu təqdirdə Gürcüstanın partnyoru ABŞ-dır.
“Bu müqavilə iki ölkə arasındakı əlaqələri və müttəfiqliyi vurğulayır. Son illər ərzində hökumətimizin atdığı addımlar əhəmiyyətlidir. Amerikada uğurlu səfərdə olan, müdafiə naziri Levan İzoriyaya təşəkkür etmək istəyirəm. Bu sistem heç kimə qarşı yönəldilməmişdir, bu onun üçündür ki, Gürcüstan sülh, sabit plkə olsun və inkişaf imkanlarımız genişlənsin. Proses davam edəcək, enerji və resurslarımızı əsirgəməyəcəyik. Bu sistem heç kimə qarşı yönəldilməyib, çünki bu müdafiə vasitəsidir”, – Sesiaşvili bəyan etdi.