İrakli Pavlenişvili - müxalifət oktyabrın 4-də etiraz hərəkatında küçədə olmalıdır
Özünüidarəetmə seçkilərində iştirakın tərəfdarı olmayan müxalifət oktyabrın 4-də küçədə, etiraz hərəkatında olmalıdır, – bu barədə “Milli Hərəkat”ın baş katibinin müavini İrakli Pavlenişvili bildirib.
Onun dediyinə görə, ölkədə demokratik məkan qalmadıqda, əsas meydan küçə, etiraz hərəkatı olur.
“Özünüidarəetmə seçkilərində iştirakın tərəfdarı olmayan müxalifət oktyabrın 4-də küçədə, etiraz hərəkatında olmalıdır. Son aylar ərzində onsuz da küçədəyik. Ölkədə demokratik məkan qalmadıqda, əsas meydan küçə, etiraz hərəkatı olur. Əminəm ki, real siyasi müqavimət prosesində iştirak edən bütün aktorlar etiraz hərəkatında olacaqlar”, – deyə İrakli Pavlenişvili bildirib.