İrakli Pavlenişvili – “Müxalifət alyansı”nda da müəyyən qarşıdurmanın olduğunu görürük, “Milli Hərəkat”ın bu münaqişədə heç bir təqsiri yoxdur, bizim öz gündəliyimiz var

14:00, 04.09.2026

İvanişviliyə qarşı mübarizədə hər kəsə uğurlar arzulayıram, ama Mixeil Saakaşviliyə və “Milli Hərəkat”a qarşı yox”, – bu barədə “Milli Hərəkat”ın Müvəqqəti İdarə Şurasının sədri İrakli Pavlenişvili bildirib.

Onun sözlərinə görə, “Milli Hərəkat”ın “Müxalifət alyansı”nda mövcud olan münaqişədə heç bir təqsiri yoxdur.

“Dəfələrlə demişik ki, əgər problem “Milli Hərəkat” olsaydı, bu bəlli olardı. Hələlik görürük ki, onların öz arasında da müəyyən qarşıdurma var, ona görə də bir daha təkrar edirik, “Milli Hərəkat”ın bu münaqişədə heç bir təqsiri yoxdur. “Milli Hərəkat”ın öz gündəliyi var. İvanişviliyə qarşı mübarizədə hər kəsə uğurlar arzulayıram, ama Mixeil Saakaşviliyə və “Milli Hərəkat”a qarşı yox. Plan çox sadədir – müxalifətdə olduğumuz müddətdə planımız İvanişvili rejiminin demontajıdır. Başqa nə planımız ola bilər ki?” – Pavlenişvili bildirib.

Oxşar