İrakli Pavlenişvili - Hakimiyyət zorla ələ keçirildiyi və yeni seçkilər təyin olunmadığı müddətdə Amerika ilə strateji tərəfdaşlığın bərpası barədə danışmaq yersizdir
Hakimiyyət zorla ələ keçirildiyi və yeni seçkilər təyin olunmadığı müddətdə Amerika ilə strateji tərəfdaşlığın bərpası barədə danışmaq yersizdir, bu barədə “Milli Hərəkatın” üzvü İrakli Pavlenişvili bildirib.
Onun sözlərinə görə, Amerika Gürcüstanı – bu mühüm regionun əsas tərəfdaşını – itirmək istəmir.
Görünən oldur ki, Amerika Gürcüstanın bu mühüm regionun əsas tərəfdaşı kimi itirilməsini istəmir.
Buna görə o, konkret addımların atılmasını tələb edir və Amerika səfirliyi ilə görüş zamanı, həmçinin Dövlət Departamenti ilə ünsiyyət zamanı da bu məsələlər qaldırılıb. İvanişvilinin komandası və İvanişvili bu məsələlərlə bağlı qərar qəbul edərlərsə, bundan sonra Gürcüstan-Amerika münasibətlərində yeni bir səhifənin açılması mümkün ola bilər. Lakin hakimiyyət zorla ələ keçirildiyi və yeni, azad seçkilər təyin olunmadığı müddətdə, Amerika və ya Avropa ilə strateji tərəfdaşlığın bərpası və münasibətlərin yaxşılaşdırılması barədə danışmaq yersizdir”, – Pavlenişvili bildirib.