İrakli Kupradze - Bütün müxalifət layihələrinə uğurlar arzulayırıq, lakin bizi yalnız "Lelo" üçün təbii və üzvi olacaq birlik maraqlandırır
İrakli Kupradze - Bütün müxalifət layihələrinə uğurlar arzulayırıq, lakin bizi yalnız "Lelo" üçün təbii və üzvi olacaq birlik maraqlandırır

Bir neçə müxalifət partiyasının aliyansına münasibətimiz çox sadədir, bütün müxalifət layihələrinə uğur arzulayırıq, bu, birmənalı mövqedir, – bu barədə “Lelo – Güclü Gürcüstan” partiyasının üzvü İrakli Kupradze bildirib.

Kupradzenin sözlərinə görə, “Lelo”nun müstəqil şəkildə inkişaf etmək qərarı var və bu qərar Siyasi Şura tərəfindən yekdilliklə qəbul edilib.

“Mövqe birmənalı və dəyişməzdir – “Lelo” müstəqil şəkildə inkişaf etməyə davam edir, günün sonunda bütün vacib siyasi məsələləri ümumiləşdirəcəyik – bu, proseslərə qarşı bizim münasibətimizdir. Bütün müxalifət layihələrinə uğur arzulayırıq, amma bizi yalnız “Lelo” üçün üzvi və təbii olacaq birlik maraqlandırır. Onların tənqid edilməsi və onlarla bağlı problemlərdən danışmaq həm istəklərimə, həm də maraqlarıma daxil deyil.

Bu, sadə bir vəziyyətdir, biz başqa təbii tərəfdaşlar axtarırıq ki, onlar bizim strateji xəttimizə və seçicilərimizin təbiətinə və ya istəyinə yaxın olsunlar”, – deyə İrakli Kupradze qeyd edib.

Sual verildikdə – “Aliansın üzv partiyalarının hansı mövqeləri sizin üçün qəbuledilməzdir?“ – Kupradze jurnalistlərə bildirib ki, bunu yalnız müxalif aliansın üzv partiyalarına soruşmaq olar.