İrakli Kobaxidze Kolumbiya Universitetinin professoru Cefri Saks ilə görüşüb

19:45, 28.06.2026

İrakli Kobaxidze Kolumbiya Universitetinin professoru Cefri Saks ilə görüşüb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda olan Kolumbiya Universitetinin professoru Ceffri Saks ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbətdə ölkədə davam edən islahatlar, Gürcüstanın investisiya və turizm potensialı, eləcə də ölkənin müxtəlif istiqamətdə əldə etdiyi irəliləyişlər müzakirə olunub. Onların məlumatına görə, Gürcüstan hakimiyyətinin regionda sülh və sabitliyin təşviqi səyləri qeyd edilib.

Görüşdə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.

Oxşar