İrakli Kobaxidzenin Azərbaycan Respublikasına səfəri başa çatdı
İrakli Kobaxidzenin Azərbaycan Respublikasına səfəri başa çatdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına səfəri başa çatdı.

Səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədov ilə təkbətək görüşlər keçirdi.

İki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlığın Hökumətlərarası Komissiyasının 10-cu iclası keçiridi.

İrakli Kobaxidze səmimi qəbula və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə və Baş nazirinə təşəkkür etdi və ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğuldı.

“Bu münasibətlərin və dostluqların daha da dərinləşməsi bizim üçün son dərəcə vacibdir. Bunun həm bizim üçün, həmçinin, əminəm ki, Azərbaycan üçün strateji əhəmiyyəti var. Mən bir daha şəxsən prezident Əliyevə Gürcüstana və gürcü xalqına yönəlik dəstəyinə və Gürcüstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm”, – Baş nazir bildirib.

Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.