İrakli Kobaxidzeni XVI Karl Qustav qəbul etdi
İrakli Kobaxidzeni XVI Karl Qustav qəbul etdi

Nümayəndə heyətlə birlikdə İsveç Krallığında olan Gürcüstan Parlamentinin sədrini İsveçin Kralı XVI Karl Qustav qəbul edib.

İrakli Kobaxidze və XVI Karl Qustav Gürcüstan və İsveçin dostluq və partnyorluq münasibətləri barədə danışdılar.

İsveç Kralının sözlərinə görə, onun ölkəsi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini, eləcə də ölkənin Avropa cəhdlərini qətiyyətlə dəstəkləyir.

Gürcüstan Parlamentinin sədri və İsveç Monarxı sıx əməkdaşlığın vacibliyini vurğuladılar və ümudvar olduğunu bildirdilər ki, ölkələr arasında münasibətlər daha da fəallaşacaq.