İrakli Kobaxidze - Yetkinlik yaşına çatmayanlarla bağlı qanun layihəsi qabaqlayıcı məqsəd daşıyır, əsas odur ki, cinayət əməlləri ilə məşğul olan uşaqların belə fəaliyyətə cəlb olunmasının qarşısı alınsın

Elə hallar var ki, yetkinlik yaşına çatmayanlar konkret cinayətlər törədirlər və bununla bağlı müvafiq reaksiya göstərmək lazımdır, – bu barədə Baş nazir İrakli Kobaxidze yetkinlik yaşına çatmayanlarla bağlı yeni qanun layihəsinə aid sualı cavablandırarkən bildirib.

Onun dediyinə görə, qanun layihəsi qabaqlayıcı məqsəd daşıyır.

“Elə hallar var ki, yetkinlik yaşına çatmayanlar konkret cinayətlər törədirlər və bununla bağlı müvafiq reaksiya göstərmək lazımdır. “Bunun mexanizmləri cinayət qanunvericiliyində və ümumilikdə qanunvericilikdə nəzərdə tutulub. Bizim üçün əsas odur ki, uşaqları, onları cinayət fəaliyyətinə cəlb edən hallardan, mümkün qədər uzaq tutaq. Məhz bu, yeni qanun layihəsində əks olunan profilaktik məqsəddir”, – deyə baş nazir bildirib.