İrakli Kobaxidze - Yens Stoltenberqin on illik fəaliyyəti görünməmiş çətinliklərə təsadüf etdi, lakin onun rəhbərliyi altında NATO Avro-Atlantik təhlükəsizliyin əsas təminatçısı olaraq qalır
İrakli Kobaxidze - Yens Stoltenberqin on illik fəaliyyəti görünməmiş çətinliklərə təsadüf etdi, lakin onun rəhbərliyi altında NATO Avro-Atlantik təhlükəsizliyin əsas təminatçısı olaraq qalır

Sizi Gürcüstanda qəbul etmək mənim üçün böyük şərəfdir. Ölkəmizə, ölkəmizin Avro-Atlantik istəklərinə göstərdiyiniz dəstəyə görə şəxsən Sizə təşəkkür etmək istəyirəm -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə keçirilmiş mətbuat konfransında bəyanatlar zamanı açıqlayıb.

Baş nazir bildirib ki, NATO Avro-Atlantik təhlükəsizliyin əsas təminatçısı olaraq qalır.

“NATO-nun baş katibi kimi on illik fəaliyyətiniz görünməmiş çağırışlar və çətinliklərə təsadüf etdi, lakin sizin rəhbərliyinizlə bir çox çağırışların öhdəsindən gəlinib və NATO Avro-Atlantik təhlükəsizliyin əsas təminatçısı olaraq qalır” – Kobaxidze bildirib.

Baş nazir, Gürcüstanın NATO-ya və şəxsən baş katibə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdar olduğunu bildirib.

“Bu gün bir daha NATO-Gürcüstan əməkdaşlığı və inteqrasiya prosesimizi müzakirə etdiyimizə görə şadam. Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya və şəxsən baş katibə xüsusi təşəkkürümü bildirmək istərdim. Həmçinin, biz baş katibin Gürcüstanın işğal olunmuş ərazilərində cari hadisələrlə bağlı doğru zamanda verilmiş və ədalətli bəyanatlarını yüksək qiymətləndiririk”- deyə Kobaxidze bildirib.