İrakli Kobaxidze - Yenidən seçkilərdən söhbət gedə bilməz, gürcü xalqı öz iradəsini açıq şəkildə ifadə edib, bizim nəticəmizlə ikinci yerə çıxan partiyanın nəticəsi arasında fərq təxminən beş qatdır
İrakli Kobaxidze - Yenidən seçkilərdən söhbət gedə bilməz, gürcü xalqı öz iradəsini açıq şəkildə ifadə edib, bizim nəticəmizlə ikinci yerə çıxan partiyanın nəticəsi arasında fərq təxminən beş qatdır

Gürcü xalqı öz iradəsini çox aydın ifadə etdiyi şəraitlərdə yeni seçkilərdən söhbət gedə bilməz, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Hökumət başçısının qiymətləndirməsinə görə, hakim komandanın nəticələri ilə seçkilərdə ikinci yerə çıxan partiyanın nəticələri arasında demək olar ki, 5 qat fərq var, müvafiq olaraq, təkrar seçkilərdən söhbət gedə bilməz.

Seçkilər tamamilə düzgün keçirildiyi və gürcü xalqının öz iradəsini çox aydın ifadə etdiyi bir vaxtda biz hansı təkrar seçkilərdən danışırıq. Biz bu seçkiləri çox böyük fərqlə qazandıq, bizim nəticəmizlə və ikinci yerə çıxan partiyanın nəticəsi arasında demək olar ki, 5 qat fərq var. Müvafiq olaraq Avropa İttifaqının belə mövqeyi məni təəccübləndirmir. Təbidir ki, gürcü xalqının öz iradəsini çox aydın ifadə etdiyi şəraitlərdə yeni seçkilərdən söhbət gedə bilməz”, – baş nazir qeyd edib.

“Azadlıq Radiosu”nun Avropa Bürosunun redaktoru Rikard İozviak məqaləsində yazıb ki, “2024-cü ilin oktyabrında parlament seçkilərinin yenidən keçirilməsi üçün Avropa İttifaqı tərəfindən koordinasiyalı təzyiq olması ehtimalı həyata keçirilməyəcək”.