İrakli Kobaxidze - Xalqların öz gələcəklərini müəyyən etmək hüququna malik olması çox vacibdir, Gürcüstan özünəməxsus irsini qoruyaraq güclü tərəfdaşlıq ideyasına sadiqdir
Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında Gürcüstan adından çıxış etmək və iştirakçılara müraciət etmək şərəfinə nail olduğum üçün məmnunam. Mən Şərqlə Qərbin qovşağında möhkəm dayanan ölkə adından danışdım, – X sosial şəbəkəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze yazır.
Hökumət başçısı qeyd edir ki, qlobal çağırışlar fonunda xalqların öz gələcəyini müəyyən etmək və öz dəyərlərini qorumaq hüququna malik olması mühüm əhəmiyyət kəsb edir.
“Gürcüstan güclü beynəlxalq tərəfdaşlıqların qurulması ideyasına sadiqdir və eyni zamanda, özünəməxsus irsini qoruyur. Biz bu dəyişən dünyada suverenlik, sülh və demokratiya prinsiplərini dəstəkləməyə davam edəcəyik”, – İrakli Kobaxidze yazır.