İrakli Kobaxidze - Viza rejiminin liberallaşdırılması ilə bağlı hər hansı bir dəyişiklik gözləməməliyik, Marqus Tsahknanın yerinə yetirdiyi konkret tapşırıq var, Tsahkna öz ölkəsinin qayğısına qalmalıdır
Viza rejiminin liberallaşdırılmasına gəlincə, hər hansı bir dəyişiklik gözləməməliyik. Tsahkna “Dərin dövlət” tapşırığının icraçılarından biridir, onun fikrincə, bəzən qorxuducu mesajlar səsləndirir, hərçənd, ictimaiyyət bununla qorxmayıb və bundan sonra da qorxmayacaq”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində bildirib.
Gürcüstanın Birinci Kanalının jurnalisti İrakli Kobaxidzeyə Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın Avropa İttifaqını Gürcüstanla viza rejiminin liberallaşdırılması prosesinə başlamaq çağırışı ilə bağlı bəyanatı barədə sual ünvanlayıb.
“Bu konkret kişi o qədər qeyri-ciddi adamdır ki, onun barəsində ciddi şərh verə bilmərəm. Viza rejiminin liberallaşdırılmasına gəlincə, burada hər hansı bir dəyişiklik gözləməməliyik. Bu, “Dərin Dövlət” tapşırığının icraçılarından biridir, onun fikrincə, bəzən qorxulu mesajlar verir, hərçənd, bu mesajla ötən ilin ərzində ictimaiyyət qoruxmayıb və gələcəkdə də qorxumayacaq. Tsahkna öz ölkəsinin qayğısına qalmalıdır. Bu gün bu məsələnin tamamilə əhəmiyyəti yoxdur, bu, sadəcə olaraq, xarici işlər nazirinin Estoniyada yerinə yetirdiyi konkret tapşırıqdır”, – İrakli Kobaxidze bildirib.